Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərib 04.10.21
Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müxtəlif sektorlar üzrə yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstəyini davam etdirir.

 

KOBİA-nın Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzinin (KOBİM) dəstəyi ilə Kürdəmir rayonunda arıçılıq, heyvandarlıq və xidmət sahələrində üç yeni sahibkarlıq subyektinin təsis edilməsinə dəstək göstərilib. KOB İnkişaf Mərkəzinin ekspertləri tərəfindən sahibkarlıq subyektlərinə biznesə başlamaq, vergi öhdəlikləri, aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi, DSMF ödənişləri, “Asan imza”nın alınması və istifadə qaydaları ilə bağlı məsləhət xidməti, eləcə də fərdi sahibkar kimi qeydiyyatdan keçmələri üçün dəstək göstərilib.


Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər mələhət xidməti üçün KOBİM-ə müraciət edə bilərlər. Qeyd edək ki, KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Powered by Froala Editor