Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Ağdaşın biznes imkanlarının reallaşdırılması sahibkarların iştirakı ilə müzakirə edilib 13.03.25
Ağdaşın biznes imkanlarının reallaşdırılması sahibkarların iştirakı ilə müzakirə edilib

Görüşdə sahibkarlıq fəaliyyəti və biznesin inkişaf etdirilməsi üçün imkanlar barədə fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib.

Dövlətin sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri, bu sahədə yeniliklər və biznesə başlamaq üçün mövcud imkanlar barədə bu dəfə Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarlar məlumatlandırılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş görüşdə kənd təsərrüfatı, heyvandarlıq, qida, mebel istehsalı və inşaat sektorlarında fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və regionda sahibkarlara dəstək və xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlıq fəaliyyəti üçün maliyyə resursları, dövlətin güzəştli kreditləri, torpaq təyinatının dəyişdirilməsi, mühəndis-kommunikasiya xətlərinə qoşulma, yeni bizneslərin yaradılması və bu sahədə rayonun imkanları, sahibkarların məhsul və xidmətlərinin satışına dəstək istiqamətlərində müzakirələr aparılıb. Görüşdə KOBİA tərəfindən biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər, o cümlədən Agentliyin göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib. 

Sonra görüşdə iştirak edən sahibkarların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. Sahibkarlar, xüsusilə də dövlətin biznesin inkişafı üçün mövcud dəstək alətlərindən yararlanmış KOB subyektləri bu mexanizmlərin önəmini vurğulayaraq, dəstək proqramları və təşviqlərin iş adamlarının fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün əhəmiyyətli olduğunu qeyd ediblər. 

Ağdaş rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri “İN-VİTRO” MMC-nin tingçilik, “Orelay”ın şokolad və “AKS” MMC-nin PVC profil istehsalı müəssisələrində olub və sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanış olublar. Bir sıra dövlət dəstəyi alətlərdən yararlanmış sahibkarlar ilə biznesin inkişaf ehtiyaclarına və gələcək planlarına dair fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor