Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Ağdaş rayonunda yeni istehsal kooperativi yaradılıb 10.09.21
Ağdaş rayonunda yeni istehsal kooperativi yaradılıb

Ağdaş rayonunun Yenicə kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə "Aran" İstehsal Kooperativi yaradılıb.

 

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 5 sahibkarlıq təsərrüfatından ibarət kooperativ 57 hektar ərazini əhatə edir. Kooperativə məxsus torpaq sahəsində kənd təsərrüfatı bitkilərinin, o cümlədən 15 hektar ərazidə nar bağının salınması, 42 hektarda isə taxıl, qarğıdalı, çəltik və yonca əkilməsi nəzərdə tutulur.

 

KOBİA-nın Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Aran" İstehsal Kooporativinin yaradılması üçün müvafiq sənədlərin hazırlanması və kooperativin qeydiyyatı prosesində zəruri informasiya və məsləhət xidməti, hüquqi yardım göstərilib, sahibkar kooperativlər və vergi qanunvericiliyi barədə ətraflı məlumatlandırılıb.

 

KOBİA və Agentliyin regional struktur bölmələri olan KOB İnkişaf Mərkəzi və KOB dostu tərəfindən “Aran” İstehsal Kooperativinə ehtiyacına uyğun olaraq lazımi dəstək davam etdiriləcəkdir.

 

Qeyd edək ki, kənd təsərrüfatı kooporativlərinin yaradılması mövcud resurslardan (torpaq, əmlak və s.) daha səmərəli istifadəyə imkan verir, fermerlərin xərclərini azaltmaqla gəlirlərini artırır. Kooperativlər həmçinin, təsərrüfata iri investisiyaların cəlb edilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və aqrar sahədə klasterləşmənin təşviqi baxımından da əhəmiyyətlidir.

Powered by Froala Editor