Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Ağalı kəndində fəaliyyət göstərən tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib 22.08.22
Ağalı kəndində fəaliyyət göstərən tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlanğıcı olan Zəngilan rayonunun Ağalı kəndində ilk istehsal müəssisəsi olan "Gillmed" tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Ağalı kənd sakinlərinin biznes fəaliyyətinə başlaması və məşğulluğunun təmin edilməsi üçün biznes təlimləri davam etdirilir.

 

KOBİA-nın dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış "Gillmed" tikiş fabrikində tibbi təyinatlı tekstil məhsulları, o cümlədən tibbi maska və baxil, uniforma istehsal olunur. Hazırda müəssisədə gündəlik 200-400 önluk və 8000-dən çox tibbi maska və digər geyimlər istehsal edilir. 

 

Fabrik işçi sayını 50-yə çatdırmağı və istehsalı genişləndirməyi hədəfləyir.

 

Qeyd edək ki, bu ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabrikinin istehsal prosesi ilə tanış olub.

Powered by Froala Editor