Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb KOBİA-nın qrant dəstəyi barədə "CBC FM"in "İqtisadi həftə" verilişində Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addımınızı atın 7-ci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə! Korporativ sosial məsuliyyət çərçivəsində futbol klubuna sahibkarlardan dəstək Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası keçirilib
Abşeronda yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb 04.09.19
Abşeronda yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb

Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli, müasir sənaye müəssisələri açılır, yeni sənaye sahələri yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, qeyri-neft ixracının həcmi yüksəlir. Sentyabrın 4-də belə müəssisələrdən biri - Xırdalanda yerli investisiyalar hesabına qurulan yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin, Mebel İstehsalçıları Assosiasiyasının nümayəndələri, sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olan qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, aparılan sistemli islahatlar barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafına dövlətin dəstək mexanizmlərini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Abbasov kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin həyata keçirdiyi dəstək tədbirlərindən danışıb, bölgələrdə, o cümlədən Abşeron rayonunda fəaliyyət göstərən “KOB Dostu” vasitəsilə sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonda reallaşdırılan layihələr barədə məlumat verib və yeni mebel istehsalı müəssisəsinin istifadəyə verilməsinin Abşeron rayonunun inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə mühüm töhfə olacağını qeyd edib.

Tədbirdə çıxış edən sahibkarlar əlverişli biznes və investisiya mühitini vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Qeyd edək ki, 3 milyon manata yaxın investisiya qoyulmuş müəssisədə İtaliya və Türkiyədən gətirilmiş avadanlıqlar quraşdırılıb və 30 yeni iş yeri açılıb. Burada il ərzində 1200 dəst müxtəlif növ mebellər istehsal ediləcək. Müəssisədə istehsalın genişləndirilməsi və iş yerlərinin 100-ə çatdırılması nəzərdə tutulur.

Mebel istehsalı müəssisəsinin məhsulları daxili tələbatın ödənilməsinə yönəldilməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcəkdir.

Powered by Froala Editor