Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
ABŞ-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib 09.08.21
ABŞ-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) sədri Reza Vəziri ilə görüşüb.


Görüşdə Agentliyin yeni sahibkarlıq subyektlərinin yaradılmasına və KOB-ların inkişafına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib, birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, KOBİA Azərbaycan KOB-larının layihələrinə ABŞ investorlarının cəlb edilməsinə, hər iki ölkənin iş adamları arasında əlaqələrin qurulmasına və mövcud əməkdaşlığın genişləndirilməsinə dəstək göstərə bilər. 


Görüşdə yerli sahibkarların potensial layihələrinin ABŞ-da keçirilən “roadshow” tədbirlərində təqdim edilməsi, ABŞ-ın Kiçik Biznes Administrasiyası ilə əməkdaşlıq, ABŞ-la ticarət əməliyyatlarının aparılmasında maraqlı olan yerli KOB-lar üçün Agentliyin KOB inkişaf məkəzlərinin imkanlarından istifadə olunmaqla təlimlərin təşkili, KOB klasterlərin yaradılmasında iştirak məsələləri də müzakirə edilib.  

Powered by Froala Editor