Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
900-dən çox KOB subyekti və potensial sahibkar dövlət dəstəyi ilə biznes üzrə bilik və bacarıqlarını inkişaf etdirib 11.07.25
900-dən çox KOB subyekti və potensial sahibkar dövlət dəstəyi ilə biznes üzrə bilik və bacarıqlarını inkişaf etdirib

KOB subyektləri və potensial sahibkarlara göstərilən təlim və məsləhət xidmətləri əsasən satış və innovasiyaların tətbiqi istiqamətlərini əhatə edib.

KOB-ların və biznesə başlamaq istəyən potensial sahibkarların müvafiq sahədə bilik və bacarıqlara yiyələnməsi, mövcud biliklərinin artırılması və təkmilləşdirilməsi, peşəkar məsləhət xidmətinin göstərilməsi istiqamətində dövlət dəstəyi tədbirləri davam etdirilir.

2025-ci ilin yanvar-iyun aylarında bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 70-ə yaxın ödənişsiz təlim təşkil olunub. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. Təlimlərdə ümumilikdə Bakı və ölkə regionlarından olmaqla 470-ə yaxın biznes subyekti və potensial sahibkar iştirak edib. Daha çox KOB subyektinin ödənişsiz təlimlərdən yararlanması üçün bəziləri onlayn formatda təşkil olunub.

Eyni zamanda KOBİA-nın yaratdığı video təlim platformasındakı onlayn təlim videolarından 301 nəfər ödənişsiz faydalanıb. 

Satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı KOBİA tərəfindən cari ilin I yarısında 140 sahibkara və biznesə başlamaq istəyən şəxsə peşəkar məsləhət xidməti göstərilib.

Agentliyin dəstəyi ilə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə biznesin qurulması və genişləndirilməsi məqsədilə ödənişsiz olaraq 128 biznes plan hazırlanıb. 

Ümumilikdə, 2025-ci ilin birinci yarısında KOB subyektlərinin biznes üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq sahəsində lazımi informasiya ilə təmin olunması üçün KOBİA-nın təlim, məsləhət xidməti, biznes planın hazırlanması, video təlim platforması kimi dəstək alətlərindən 900-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

 

Powered by Froala Editor