Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib 14.04.25
7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İnnovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 200-ü ötüb. 

“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil olub. Müraciətlərə Ekspertlər Şurasının növbəti iclasında baxılıb və onlardan 7-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 206-ya çatıb.

“Startap” şəhadətnamələri "Aprimus" MMC-nin tibbi xidmətlərin qeydiyyatı, nəzarət və analiz platforması, "Nomadman Studio" MMC-nin kompüter oyunlarının istehsalı, "Poolin İnsurtech" MMC-nin “insurtech” sığorta həlləri üçün onlayn platforması, "Remart Digital Solutions" MMC-nin yaşayış kompleksləri üçün onlayn satış və biznes proseslərinin idarəetmə platforması, "Novalingua" MMC-nin xarici dillərin öyrədilməsi və qiymətləndirilməsi üçün süni intellekt əsaslı onlayn platforması, "Tokaz" MMC-nin elektrik avtomobilləri üçün şarj stansiyalarının idarə ediməsi üçün mobil tətbiqi və fiziki şəxs Bəhruz Qədirovun müəllif ideyalarını və layihələri investorlara təqdim etmək üçün onlayn platforması layihələri üçün təqdim edilib.    

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. 

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Powered by Froala Editor