Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Asiya İnkişaf Bankının nümayəndələri “Bakı KOB evi”ndə olub Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Oğuzda sahibkarlığın inkişafı və biznes imkanları müzakirə olunub “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək KOB evi modeli, bu mexanizmin sahibkarlar üçün əhəmiyyəti “Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır KOBİA-da Azərbaycan-Qırğızıstan biznes əməkdaşlığına dair görüş keçirilib Sahibkarlar birgə maliyyələşmə proqramından necə yararlana bilərlər? “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə! Azərbaycan Texnologiya Universitetinin tələbələri “Gəncə KOB evi”ndə olub
7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb 06.05.25
7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb

7-ci qrant müsabiqəsinə sənəd qəbulu mayın 14-dək davam edəcəkdir. 

KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair elan edilmiş 7-ci qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən onlayn tədbirdə müsabiqə ilə bağlı sahibkarlıq subyektlərinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 100-dən çox KOB subyektinin iştirakı ilə təşkil olunmuş tədbirdə KOBİA-nın əməkdaşları müsabiqənin şərtləri və layihələrin qiymətləndirilməsi prosesi barədə təqdimatla çıxış ediblər. Qeyd olunub ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə KOB-ların inkişafı ilə bağlı təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxs müsabiqəyə yalnız bir layihə təqdim edə bilər. Layihələr müvafiq qurumların nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Ekspert Komissiyası tərəfindən qiymətləndirilir. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manatdır. Layihələrin qiymətləndirilməsi zamanı onun KOB-ların inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcəkdir. 

Qeyd edək ki, 7-ci qrant müsabiqəsinə sənəd qəbulu 14 may 2025-ci il saat 18:00-dək davam edəcək. Müsabiqəyə sənəd qəbulu elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə müraciət formasında həyata keçirilir. 

Powered by Froala Editor