Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
“5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektlərinin nəzərinə! 21.05.24
“5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektlərinin nəzərinə!

“5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə də KOB-ların məhsul və xidmətlərinin tanıdılması üçün KOBİA-nın təmin etdiyi dövlət dəstəyi hesabına ayrıca stend qurulacaq. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə iyunun 24-26-da Bakı Ekspo Mərkəzində “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək. Sərgidə 200-ə yaxın yerli şirkətin sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə məhsul və xidmətləri nümayiş olunacaq.

Mikro və kiçik sahibkarların məhsullarının tanıdılmasına və satışına dəstək məqsədilə builki sərgidə də KOBİA-a tərəfindən KOB-lar üçün ayrıca stend qurulacaqdır. Ödənişsiz olaraq bu stenddə üç gün ərzində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyunun 12-dək KOBİA-ya müraciət edə bilərlər. Müraciətlərin qəbulu aşağıdakı link vasitəsilə həyata keçiriləcək (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “5-ci yerli şirkətlərin tanıtım sərgisi” qeyd olunmalıdır): https://smb.gov.az/az/contact-form/exhibition-form/1   

Qeyd: KOBİA tərəfindən mikro və kiçik sahibkarların ölkəmizdə və xaricdə keçirilən müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərilir. Agentliyi təmin etdiyi dövlət dəstəyi hesabına ixtisaslaşmış sərgilərdə stendlər qurulur və KOB-lar burada heç bir ödəniş etmədən məhsul və xidmətlərini nümayiş etdirirlər. Bu dəstək KOB subyektlərinin məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi və bu vasitə ilə satış imkanlarını artırması ilə yanaşı, sahibkarların yeni biznes əlaqələri qurması və ixrac imkanlarını genişləndirməsi baxımından da faydalıdır. Agentlik 2024-cü il ərzində də KOB-ların ixtisaslaşmış sərgilərdə ödənişsiz iştirakını dəstəkləməkdə davam edəcək. Dəstək proqramı çərçivəsində stendlərin qurulacağı sərgilər barədə KOB subyektləri əvvəlcədən məlumatlandırılacaqdır. 

Powered by Froala Editor