Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
5-ci qrant müsabiqəsi ilə bağlı KOB-ların məlumatlandırılması üçün tədbir keçirilib 01.03.24
5-ci qrant müsabiqəsi ilə bağlı KOB-ların məlumatlandırılması üçün tədbir keçirilib

KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirdə 5-ci qrant müsabiqəsi ilə bağlı 70-yə yaxın KOB subyektinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair elan edilmiş 5-ci qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən onlayn tədbirdə müsabiqə ilə bağlı sahibkarlıq subyektlərinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

70-ə yaxın KOB subyektinin iştirakı ilə təşkil olunmuş tədbirdə KOBİA-nın Biznesə xidmətlər departamentinin əməkdaşları müsabiqənin şərtləri və layihələrin qiymətləndirilməsi prosesi barədə təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə KOB-ların inkişafı ilə bağlı təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihələr müvafiq qurumların nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Ekspert Komissiyası tərəfindən qiymətləndirilir. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manatdır. Layihələrin qiymətləndirilməsi zamanı onun KOB-ların inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcəkdir.

Qeyd edək ki, 5-ci qrant müsabiqəsinə sənəd qəbulu 4 mart 2024-cü il saat 09:00-dan 2 aprel 2024-cü il saat 18:00-dək davam edəcək. Müsabiqəyə sənəd qəbulu elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə müraciət formasında həyata keçirilir. 

Powered by Froala Editor