Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
25-ci Beynəlxalq Biznes Forumunun iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər 14.11.21
25-ci Beynəlxalq Biznes Forumunun iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər

Bakıda keçiriləcək 25-ci Beynəlxalq Biznes Forumun (İBF- İnternational Business Forum) iştirakçıları noyabrın 14-də Şəhidlər Xiyabanını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. İBF-in prezidenti Erol Yararın başçılıq etdiyi və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalının da təmsil olunduğu forum iştirakçıları Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər. 

Qeyd edək ki, 15 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), MÜSİAD-ın və İBF-in təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forum öz işinə başlayacaq. Forumun məqsədi Azərbaycanın investisiya imkanlarını, o cümlədən işğaldan azad olunmuş Qarabağın zəngin potensialını xarici investorlara təqdim etmək, iştirakçı ölkələr arasında iqtisadi-ticarət əlaqələrini və biznes sahəsində əməkdaşlığı genişləndirməkdir.

Powered by Froala Editor