Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub 07.07.26
2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub

İyul ayında KOB-ların kapital bazarına çıxış imkanları, biznesin rəqəmsallaşdırılması və yaşıl iqtisadiyyat kimi prioritet istiqamətlərdə görüşlər davam etdiriləcək.  

 

2026-cı ilin birinci yarısında sahibkarların iştirakı ilə 50-dən çox sahəvi görüş və maarifləndirmə tədbiri təşkil olunub ki, bu tədbirlərdə ümumilikdə 1500-ə yaxın biznes subyekti iştirak edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunmuş tədbirlər çərçivəsində sahibkarlar biznes sahəsində yeniliklər, qanunvericilik və dövlətin dəstək alətləri barədə məlumatlandırılıb, onların təklifləri və qarşılaşdıqları məsələlər müvafiq qurumların iştirakı ilə müzakirə edilib. 


Sahəvi görüşlər və maarifləndirmə tədbirləri iyul ayında da davam etdiriləcək. Bu ay görüşlər onlayn və oflayn formatda olmaqla Bakı şəhərində, Balakən, Salyan, Oğuz, Goranboy, Qusar, Ağdam və Naxçıvan Muxtar Respublikasının Babək rayonunda keçiriləcək. Görüşlər əsasən KOB-ların kapital bazarlarına çıxış imkanları, arıçılıq, akvakultura, kənd təsərrüfatı, aqrar sahədə innovasiyalar, süd və süd məhsullarının istehsalı, yaşıl iqtisadiyyat, heyvandarlıq, turizm kimi sahələrdə mövcud vəziyyət, inkişaf perspektivləri və çağırışlara həsr olunacaq. İyul ayında biznesin rəqəmsallaşdırılması və innovativ həllər mövzusunda görüşlər onlayn formatda olmaqla bütün ölkə regionlarında təşkil olunacaq.


Sahibkarlar iyul ayında keçiriləcək sahəvi görüşlər və maarifləndirmə tədbirləri barədə ətraflı məlumatla linkə keçid etməklə tanış ola bilərlər: https://smb.gov.az/az/events?slug=gorus 

 

Powered by Froala Editor