Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
2025-ci ilin I yarısında “Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət beş dövlət qurumu tərəfindən göstərilib 21.07.25
2025-ci ilin I yarısında “Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət  beş dövlət qurumu tərəfindən göstərilib

Sahibkarlar KOB evinə daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədləri ilə bağlı müraciət ediblər.

2025-ci ilin yanvar-iyun aylarında “Bakı KOB evi”ndə sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (124192), Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (13144), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (3 222), Dövlət Gömrük Komitəsi (2428) və Fövqəladə Hallar Nazirliyi (755) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib. Ümumilikdə hesabat dövründə bu beş qurum tərəfindən sahibkarlara 144 minə yaxın xidmət təqdim edilib.

Sahibkarlar tərəfindən adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı müraciətlər olunub. 

Qeyd edək ki, 2025-ci ilin I yarısında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 168472 xidmət göstərilib ki, onlardan 145501-i G2B, 22971-i isə B2B xidmətlərdir. Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox G2B və B2B xidmətlər göstərilir. KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir.  

Powered by Froala Editor