Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
2023-cü ilin birinci yarısında 13 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib 03.08.23
2023-cü ilin birinci yarısında 13 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, səhiyyə, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətləri əhatə edir.

2023-cü ilin yanvar-iyun aylarında “Startap” şəhadətnaməsinin verilməsi üçün 47 mikro və kiçik sahibkar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 12-si mikro, 1-i kiçik sahibkar olmaqla 13 KOB subyektinə şəhadətnamə verilib. “Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, səhiyyə, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətləri əhatə edir.

Ümumilikdə isə indiyədək 94 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. 

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://bit.ly/3KqQwuV 

Powered by Froala Editor