Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
2021-2022-ci illər üçün “EY İlin İş Adamı” müsabiqəsinə start verildi 20.09.21
2021-2022-ci illər üçün “EY İlin İş Adamı” müsabiqəsinə start verildi

EY Azərbaycan şirkəti tərəfindən növbəti “EY İlin İş Adamı” proqramına start verildi. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də tərəfdaşı olduğu müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları ərizələrini proqramın komitəsinə təqdim edə bilərlər. EY şirkəti tərəfindən təsis olunan müsabiqə dünyada biznes mükafatı təqdim edən nüfuzlu proqramlardandır. 

Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahəsindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 20 dekabr 2021-ci ilədək təqdim edə bilərlər.  

EY Azərbaycan şirkətinin ölkə üzrə idarəedici partnyoru və milli “EY İlin İş Adamı” müsabiqəsinin rəhbəri İlqar Vəliyev bildirib: “Mən şadam ki, biz “EY İlin İş Adamı” proqramını ölkəmizdə artıq üçüncü dəfə elan edirik. Bu il də biz bu çətin dövrdə davamlılıq və əzmkarlıq nümayiş etdirən və ətrafındakı icmaların həyatlarını yaxşılaşdırmaqda davam edən kiçik və orta müəssisələrə diqqətimizi yönəltmişik. Milli müsabiqənin qalibi "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı əldə edəcəkdir. Bu, istedadlı sahibkarlarımızı qlobal miqyasda diqqət mərkəzinə gətirmək üçün əla bir fürsət olacaq".

Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Namizədlər şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və şirkətin ən azı 20% hissəsinə sahib olmalıdırlar. Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır. Uyğunluq meyarları və müsabiqə ilə bağlı ətraflı məlumatla proqramın rəsmi saytından https://www.eoy.az tanış olmaq olar. 

Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək.

2021 - 2022-ci il “EY İlin İş Adamı” müsabiqəsinə maliyyə dəstəyini ABB və bp şirkəti göstərir. KOBİA və Ekvita proqramın tərəfdaşları sırasındadır.

Powered by Froala Editor