Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
2020-ci ildə KOB inkişaf mərkəzləri fəaliyyətə başlayacaq 10.01.20
2020-ci ildə KOB inkişaf mərkəzləri fəaliyyətə başlayacaq

2019-cu ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Bakıda və ölkə regionlarında mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, peşə-hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 23 təlim, 9 onlayn maarifləndirmə tədbiri, 7 seminar, 2 dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirilib. Biznesin inkişafı, maliyyə savadlılığının artırılması, korporativ idarəetmə, satış və marketinq, dövlət-özəl tərəfdaşlığı və s. mövzularda təşkil edilmiş tədbirlərdə 8 mindən çox KOB subyekti iştirak edib.

KOBİA yerli və xarici ekspertlərin də cəlb olunduğu maarifləndirici tədbirlərin keçirilməsində dövlət qurumları, beynəlxalq təşkilatlar, sahibkarlar assosiasiyaları və QHT-lərlə əməkdaşlıq edib, bu sahədə biznes tərəfdaşlığı platformasından istifadə olunub.

Tədbirlərdə nəzəri məlumatlandırma ilə yanaşı, sahibkarlara müxtəlif müəssisə və təsərrüfatlarda praktik bilik və bacarıqlar təqdim olunub, biznes sahəsində uğur qazanmış sahibkarlar təcrübələrini bölüşüblər.

Bundan başqa, 2019-cu ildə Azərbaycan tərəfindən KOBİA-nın, Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində 38 sahibkar və menecer Almaniyada ixtisasartırma və müəssisələrdə təcrübə keçib. Ümumilikdə isə, indiyədək proqramdan 422 sahibkar və menecer yararlanıb. Bu il 40-a yaxın sahibkar və menecer Almaniyada ixtisartırma kursu keçəcəkdir.

2020-ci ildə sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən onlayn təlim platformasının istifadəyə verilməsi, kiçik və orta biznesin inkişafı mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Powered by Froala Editor