Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
2020-ci ildə Almaniyada ixtisasartırma kursu keçəcək KOB-lar üçün seminar təşkil olunub 16.12.19
2020-ci ildə Almaniyada ixtisasartırma kursu keçəcək KOB-lar üçün seminar təşkil olunub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2020-ci ildə Almaniyada təlim və istehsal müəssisələrində təcrübə keçəcək sahibkar və menecerlər üçün seminar təşkil edib.

İki gün davam edən seminarda Almaniyanın Münhen və Yuxarı Bavariya üçün Ticarət və Sənaye Palatasının nümayəndələri “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”, beynəlxalq iqtisadi kooperasiya, təcrübə müddətində Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması imkanları barədə iştirakçılara ətraflı məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.


Qeyd: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, 2009-cu ildən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” həyata keçirilir. Bu il 10 illiyi qeyd edilən proqramdan indiyədək 400-dən çox sahibkar və menecer yararlanıb. 2020-ci ildə proqramda iştirak edəcək sahibkar və menecerlər müsabiqə və müsahibə əsasında seçilib. Uğur qazanmış İKT, kənd təsərrüfatı, məişət tullantılarının təkrar emalı, logistika, istehsal və emal, satış, turizm, konsaltinq, tikinti və digər sahələrdə fəaliyyət göstərən 22 sahibkar və menecerdən ibarət ilk qrup 17 fevral - 13 mart 2020-ci il tarixlərində Almaniyanın Münhen və Yuxarı Bavariya üçün Ticarət və Sənaye Palatasının Tədris Mərkəzində ixtisasartırma kursu, Almaniya müəssisələrində təcrübə keçəcəklər. Növbəti qrupun isə 2020-ci ilin iyun-iyul aylarında Almaniyanın Köln şəhərində ixtisasartırma kursu keçməsi planlaşdırılır.

Powered by Froala Editor