Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri, 26 min ziyarətçi: yerli şirkətlərin tanıtım sərgisi başa çatdı 12.06.23
200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri, 26 min ziyarətçi: yerli şirkətlərin tanıtım sərgisi başa çatdı

“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi çərçivəsində işğaldan azad olunmuş ərazilərdə investisiya imkanlarına və biznesin rəqəmsallaşmasına dair panel müzakirələr təşkil olunub. 

“Baku Crystal Hall”da keçirilən “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi başa çatıb. 

8-10 iyun tarixlərində keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub. 3 gün ərzində sərgini 26 min nəfər ziyarət edib. 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi, "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası”, “Prestij kimya”, “Gədəbəy mineral suları”, “Moon Qrup” və “BHB” strateji və kreativ media agentliyi sərgiyə dəstək göstərənlər sırasındadır. 

KOBİA sərgidə ayrıca stendlə təmsil olunub. Agentliyin dəstəyi ilə stenddə qida, kənd təsərrüfatı, nəşriyyat, sənaye, İKT və xidmət sahələrində fəaliyyət göstərən 13 KOB subyekti, o cümlədən Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından 2 qadın sahibkar məhsul və xidmətlərini təqdim edib. 

Sərgi çərçivəsində iki panel müzakirə də təşkil olunub. İyunun 9-da keçirilən “Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” mövzusunda paneldə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, KOBİA, İqtisadi Zonaların İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə biznes imkanları, sahibkarlıq fəaliyyəti üçün prioritet istiqamətlər, güzəşt və dəstəklər, əhalinin məskunlaşması planları, bu ərazilərdə yaradılmış sənaye parklarının sahibkarlar üçün yaratdığı imkanlar barədə məlumat verilib. 

İyunun 10-da təşkil olunan “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzularında panel müzakirədə isə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Kapital Bank” ASC-nin nümayəndələri müasir texnologiyaların rəqabətli və dayanıqlı bizneslərin formalaşmasında rolu, bizneslərin rəqəmsallaşması, aqrobiznes sektorunda innovativ texnologiyalar, biznesin   şəbəkələşməsinə texnologiyaların təsiri kimi məsələr barədə danışıblar. 

Powered by Froala Editor