Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“2-ci Türk Ticarət Sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə! 16.05.25
“2-ci Türk Ticarət Sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən  KOB-ların nəzərinə!

10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində “2-ci Türk Ticarət Sərgisi” - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçiriləcək. Türk dövlətindən rəsmi şəxsləri və iş adamlarını bir araya gətirəcək forum-sərginin məqsədi Türk dövlətləri arasında ticarət, investisiya və texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək, yeni əlaqələrin qurulması, satış imkanlarını genişləndirməklə bizneslərin böyüməsinə dəstək olmaqdır. Sərgidə iştirak ziyarətçilər üçün tam sərbəstdir. Ətraflı məlumat üçün: https://www.turkictradefair.com.tr/

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müvafiq qurumların təşkilatçılığı ilə keçiriləcək forum-sərginin tərəfdaşları sırasındadır. Agentlik sərgidə mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin nümayiş olunması üçün xüsusi stend quracaqdır. KOBİA-nın stendində ödənişsiz əsaslarla məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri 30 mayadək Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölməsində “Türk Ticarət Sərgisi” qeyd olunmalıdır).

Powered by Froala Editor