Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” başa çatıb 11.12.23
“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” başa çatıb

3 gün davam edən “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə yerli şirkətlərin mindən çox çeşiddə məhsulları nümayiş olunub.

 

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə ilk dəfə olaraq keçirilən “Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi" başa çatıb.

 

7-9 dekabr tarixlərində Bakı İdman Sarayında keçirilən sərgini 3 gün ərzində minlərlə insan ziyarət edib.

 

Sərgidə Bakı və ölkə regionlarından olan 100-ə yaxın yerli şirkətin 1000-dən çox çeşiddə kənd təsərrüfatı, sənaye, qida, İKT, tekstil, inşaat və s. məhsulları, eləcə də avadanlıq və texnologiyalar nümayiş olunub. 

 

İstehsalçı, təchizatçı, alıcı və ixracatçıları bir araya gətirən sərgi yeni əməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsi üçün əlverişli imkan yaradıb. Sərgi çərçivəsində həmçinin, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlərə, dəstək mexanizmləri və güzəştlərə, yerli istehsalın stimullaşdırılması tədbirlərinə, “Made in Azərbaijan” brendinin təşviqinə dair dövlət və özəl qurumlar arasında fikir mübadiləsi aparılıb. 

 

Qeyd edək ki, sərgi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub. Sərgiyə “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyi, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da dəstək göstərib.

 

Powered by Froala Editor