Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Yerli startapları “mələk investor”larla əlaqələndirmək üçün tədbir keçirilib 15.02.23
Yerli startapları “mələk investor”larla əlaqələndirmək üçün tədbir keçirilib

Yerli startapların Dünya Biznes Mələkləri İnvestisiya Forumunun (WBAF) sədri Baybars Altuntaşla görüşü təşkil olunub. Qeyd edək ki, WBAF sıralarında dünyanın 132 ölkəsindən 1400-dən çox “mələk investor”u birləşdirir və 10 ölkədə ofisi fəaliyyət göstərir. WBAF ilə görüşün məqsədi yerli startapları “mələk investor”larla əlaqələndirmək və onları xarici bazarlara çıxış imkanları barədə məlumatlandırmaqdır.   

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə təşkil edilmiş “Startaplar: Dünyaya çıxış imkanları” mövzusunda tədbirə 80-ə yaxın startap qatılıb. 

 

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə innovativ sahibkarlığın inkişafına dəstək məqsədilə KOBİA-nın startap, mikro və kiçik sahibkarlara göstərdiyi müxtəlif dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, Agentlik tərəfindən rəqəmsal iqtisadiyyatın əsas komponentləri olan elektron ticarət, elektron idarəetmə, elektron ödəniş, nəqliyyat-logistika, elektron kənd təsərrüfatı, biznes üçün rəqəmsal həllər üzrə startaplara qrant və “Startap” şəhadətnaməsi verilib. Startaplar üçün  “Bakı KOB evi”ndə Startap İnkişaf Mərkəzi fəaliyyət göstərir, Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən innovativ biznesə dair müxtəlif təlimlər keçirilir, tədbirlər təşkil olunur. 

 

Dünya Biznes Mələkləri İnvestisiya Forumunun (WBAF) sədri Baybars Altuntaş WBAF-ın startapların xarici bazarlara çıxışına dair təcrübəsini bölüşüb, bu sahədə imkanlara və startap layihələrinin maliyyələşdirilməsi üçün “mələk investor”ların tələblərinə dair təqdimatla çıxış edib, startapların suallarını cavablandırıb.

 

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov isə yerli startaplar üçün ölkəmizdə mövcud olan dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verib.

Powered by Froala Editor