Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
Ümumdünya Standartlar Günü ilə bağlı tədbir keçirilib 11.10.23
Ümumdünya Standartlar Günü ilə bağlı tədbir keçirilib

Ümumdünya Standartlar Gününə dair tədbirdə keyfiyyət standartlarının tətbiqi sahəsində KOBİA-nın sahibkarlarla apardığı iş barədə də məlumat verilib. 

Ümumdünya Standartlar Günü ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Almaniyanın Fiziki-Texniki Federal İnstitutunun təşkilatçılığı, müvafiq dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə tədbir keçirilib. 

Tədbirdə dövlət tərəfindən standartlaşdırma sahəsində həyata keçirilən tədbirlər, bu sahədə rəqəmsal həllər, müasir dövrdə standartların rolu və faydası, tikinti materiallarının standartlaşdırılmasının xüsusiyyətləri barədə məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov keyfiyyət standartlarının tətbiqinin KOB-ların rəqabət qabiliyyətinin və ixracının artırılmasında önəmi, bu sahədə Agentliyin sahibkarlarla apardığı iş barədə məlumat verib. Qeyd edilib ki, standartlaşdırma sahəsində sahibkarların maarifləndirilməsi və digər dəstək tədbirləri vacibdir. Bu istiqamətdə KOBİA tərəfindən də istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün müxtəlif maarifləndirici görüşlər, təlim və digər tədbirlər həyata keçirilir. Agentlik KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinə qrant ayırır və ötən müddət ərzində qeyri-neft məhsullarının ixracı üçün tələb olunan sertifikatların alınması üzrə layihə də maliyyələşdirilib. Dövlət - biznes əməkdaşlığının genişlənməsi standartların daha da təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.

Powered by Froala Editor