Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
"Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib 14.12.22
"Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib

Milli Məclisdə "Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib.

Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə qadın sahibkarlığının inkişafı, bu sahədə KOBİA-nın fəaliyyəti və dəstək mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən faydalanırlar. Ötən müddət ərzində 5 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 10 qadın sahibkara “Startap” şəhadətnaməsi verilib, “Almaniya-Azərbaycan birgə Proqramı”ndan 100-dən çox qadın sahibkar yararlanıb. Həmçinin, qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur.

Powered by Froala Editor