Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib 10.09.26
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib

İclasda KOB subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmi müzakirə edilib.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib.


Koodinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsini nəzərdə tutan yeni mexanizm üzrə müzakirələr aparılıb.


Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritetlərindəndir. Bu sahədə xidmətlərin optimallaşdırılması və rəqəmsallaşdırılması, innovativ yanaşmaların tətbiqi mühüm əhəmiyyət daşıyır. Yeni mexanizmin sahibkarlığın inkişafına cavabdeh qurumların iştirakı ilə birgə müzakirəsi və formalaşdırılması yekun sənədin daha əhatəli hazırlanmasına imkan verəcəkdir.


İclasda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmləri üzrə təkliflər təqdim olunub, dövlət qurumlarının təmsilçilərinin təklif olunan yanaşmaya münasibəti dinlənilib, sualları cavablandırılıb.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli Fərmanı ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmlərinin hazırlanması tapşırılıb. Hazırda sahibkarlıq sahəsində siyasəti dövlət müəyyən edir, biznes subyektlərinə xidmətlər dövlət qurumları tərəfindən göstərilir və bu xidmətlərin nəticələrinə nəzarət edilir. Yeni mexanizmin tətbiqi ilə isə biznes subyektlərinə göstərilən xidmətlər üzrə əməliyyat, texniki və təşkilati funksiyaların mərhələli şəkildə özəl sektora ötürülməsi nəzərdə tutulur. Müvafiq mexanizm hazırlanarkən biznes subyektlərinə göstərilən xidmətlərin fasiləsizliyinin və keyfiyyətinin təmin edilməsi, xidmətlərin sosial əlçatanlığının qorunması, məlumatların təhlükəsizliyinin və məxfiliyinin təmin olunması, habelə maraqlar toqquşmasının qarşısının alınması kimi məsələlərə xüsusi diqqət yetiriləcəkdir. 


KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.

 

Powered by Froala Editor