Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
Özəl sektorun rolunun artırılmasına dair onlayn forum keçiriləcək 06.11.20
Özəl sektorun rolunun artırılmasına dair onlayn forum keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, Türkiyənin Müdafiə, Aviasiya və Kosmik Sənaye Birliyinin (SAHA İstanbul) və Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Təşkilatının (SaSaD) dəstəyi ilə 10 noyabr 2020-ci il tarixində “Müdafiə sənayesinin inkişafında özəl sektorun rolu” mövzusunda beynəlxalq onlayn Forum keçiriləcək.

Tədbirin təşkilində məqsəd Azərbaycan və Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, bu sektora investisiyaların cəlb olunmasının və qabaqcıl texnologiyaların tətbiqi ilə yeni məhsulların yaradılmasının təşviqi, müdafiə sənayesinin modernləşdirilməsi üçün innovativ həllər, KOB klasterlərin yaradılması, müvafiq istiqamətlərdə Türkiyə təcrübəsinin öyrənilməsi və tətbiqi imkanlarının müzakirə olunmasıdır.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin və təşkilatların təqdimatları nəzərdə tutulur.

Qeyd edək ki, SAHA İstanbul Türkiyənin birinci, Avropanın isə ikinci ən böyük sənaye birliyidir və sıralarında müvafiq sahədə fəaliyyət göstərən 600-ə yaxın üzvü birləşdirir. 1990-cı ildə yaradılmış SaSaD-ın isə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən 200-ə yaxın üzvü var.

Forumda iştirak etmək istəyənlər KOBİA-ya elektron qaydada (elmaddin.hajiyev@smb.gov.az) müraciət edə bilərlər. Telefon: (+994 12) 404 04 01 (daxili 137) və (+994 55) 200 04 39.

Powered by Froala Editor