Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin 17-ci iclasında 09.12.21
KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin 17-ci iclasında

Dekabrın 9-da Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 17-ci illik iclası keçirilib. “KOB-lar davamlı inkişafın aparıcı qüvvəsidir” mövzusuna həsr olunmuş tədbirdə INSME-yə üzv olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də iştirak edib.

İclasdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov pandemiyanın yerli KOB-lara neqativ təsirinin azaldılması üçün Azərbaycanın dəstək tədbirləri, eləcə də Agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi xidmətlər barədə məlumat verib. 

Qeyd edək ki, sıralarında 30 ölkədən 70-ə yaxın üzvü birləşdirən INSME-nin missiyası müxtəlif ölkələrdə KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında təcrübə mübadiləsini genişləndirmək, bu sahədə qabaqcıl mexanizmləri, dövlət-özəl dialoqunu və beynəlxalq tərəfdaşlığı təşviq etməkdir. KOBİA 2020-ci ildən INSME-nin üzvüdür. 

Powered by Froala Editor