Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinə start verildi 08.10.21
“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinə start verildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün cins heyvandarlıq istiqaməti üzrə yeni layihəyə start verilib. “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” adlanan layihənin əsas məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır.

 

Layihə çərçivəsində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Samux rayonları üzrə ümumilikdə 200 nəfər vətəndaşa cins heyvandarlıq zərfi üzrə aktivlər təqdim ediləcək. Vətəndaşların seçim mərhələsinə artıq başlanılıb.

 

Seçiləcək iştirakçılara biznes təlimlər keçiriləcək və təlimi uğurla başa vuran şəxslərə məhsuldar damazlıq heyvan cinsləri (2 baş Simmental/Sviss cinsi) və avadanlıqlar (sağım aparatı, ilkin yem ehtiyatı, qaşov, yemqıran) təqdim olunacaq. Aktivlərlə təmin olunduqdan sonra isə iştirakçılara sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün köməklik göstəriləcək.


Qeyd edək ki, layihə “Kiçik və orta biznes subyektləri və klublarının Assosiasiyası”nın əməkdaşlığı ilə həyata keçirilir.

 

Layihə iştirakçılarına dair tələblər və qeydiyyat üçün aşağıdaki linkə daxil olmaq lazımdır: https://forms.gle/6KZ8wAwjBuNHddR6A

Powered by Froala Editor