We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Another 10 SME entities will benefit from a tax exemption Domestic market research in 10 areas will be conducted on the initiative of KOBİA For the attention of entrepreneurs operating in Astara and Lankaran cities! Another 10 SME entities have been issued "Startup" Certificates Legal form for entrepreneurial activity A regular meeting with entrepreneurs was organized in Kurdamir District For which services entrepreneurs applied to SME Houses Next reception of citizens held at KOBİA What events will be organized for entrepreneurs in August? “Ganja SME House” provided entrepreneurs with more than 2,000 kinds of services during the first three months of activity
Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək 07.09.26
Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək

Sahibkarlar təlimlər barədə məlumatı KOBİA-nın saytından öyrənə bilərlər. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Bakı KOB İnkişaf Mərkəzi (Bakı KOBİM) tərəfindən sentyabr ayı ərzində sahibkarlar və biznes fəaliyyətinə başlamaq istəyənlər üçün ödənişsiz təlimlər keçiriləcək. 

Təlimlər sahibkarlıq fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə etməklə iştirakçıların biznes sahəsində nəzəri və praktiki biliklərinin artırılması, biznes bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunur. 

Təlim proqramı əsasən aşağıdakı mövzuları əhatə edəcək:

-Biznes planın hazırlanması və biznes modellərinin qurulması;

-Vergi qanunvericiliyi və onun praktiki tətbiqi;

-Layihələrin idarə olunması və biznes proseslərinin planlaşdırılması;

-Yumşaq bacarıqlar və komanda idarəetmə bacarıqları;

- Sahibkarlığın əsasları və biznes fəaliyyətinin təşkili;

- Süni intellekt texnologiyalarının biznes fəaliyyətində tətbiqi;

- Startapların yaradılması və inkişaf mexanizmləri;

- Risklərin idarə olunması və biznes davamlılığı.

Peşəkar ekspertlər tərəfindən canlı və onlayn formatlarda təşkil olunacaq təlimlər tamamilə ödənişsizdir. Təlimlərdə iştirak etmək istəyən KOB subyektləri və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər KOBİA-nın rəsmi internet səhifəsinin "Tədbirlər təqvimi" bölməsinə (https://smb.gov.az/az/events?slug=telim) daxil olmaqla ətraflı məlumat öyrənə bilərlər. 

Qeyd edək ki, Bakı KOBİM tərəfindən sahibkarlar, biznesə başlamaq istəyən şəxslər və startaplar üçün təlimlərlə yanaşı, məsləhət xidməti və biznes planın hazırlanması istiqamətlərində də ödəmişsiz dəstək göstərilir. 

Powered by Froala Editor