We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Another 10 SME entities will benefit from a tax exemption Domestic market research in 10 areas will be conducted on the initiative of KOBİA For the attention of entrepreneurs operating in Astara and Lankaran cities! Another 10 SME entities have been issued "Startup" Certificates Legal form for entrepreneurial activity A regular meeting with entrepreneurs was organized in Kurdamir District For which services entrepreneurs applied to SME Houses Next reception of citizens held at KOBİA What events will be organized for entrepreneurs in August? “Ganja SME House” provided entrepreneurs with more than 2,000 kinds of services during the first three months of activity
Şamaxı, Cəlilabad, Tovuz və Mingəçevir üzrə “KOB Dostu” vəzifələrinə işə qəbul elan edilir 22.04.19
Şamaxı, Cəlilabad, Tovuz və Mingəçevir üzrə “KOB Dostu” vəzifələrinə işə qəbul elan edilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Şamaxı, Cəlilabad, Tovuz və Mingəçevir üzrə “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) vəzifələrinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

- Fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyini təmsil edir;

- Region üzrə KOB subyektlərinin yaradılması və inkişaf təşəbbüslərinin stimullaşdırılması ilə bağlı tədbirlər həyata keçirir;

- Təmsil etdiyi regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin həllinə operativ dəstək verir, onların maraqlarını müdafiə edir;

- Region üzrə fəaliyyət göstərən KOB subyektlərinin mövcud dəstək mexanizmlərindən yararlanmasına köməklik göstərir;

- Sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparır;

- Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirir;

- Təmsil etdiyi regionda mikro, kiçik və orta biznesin inkişafı ilə bağlı təkliflər hazırlayır və Agentliyə təqdim edir;

- Region üzrə KOB sahəsində dövlət qurumları ilə özəl sektor arasında səmərəli əlaqələr qurur.

Namizədə tələblər:

- Sahibkarlıq sahəsində qanunvericilik və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumatlı olmalı;

- Sahibkarlıqla bağlı dövlət dəstəyi və təşviq mexanizmləri haqqında məlumatlı olmalı;

- İnzibati ərazi vahidlərinin iqtisadi potensialları haqqında məlumatlı olmalı;

- Ali təhsil tələbi: Bakalavriat səviyyəsi - iqtisadiyyat, idarəetmə və ya hüquq. Magistratura səviyyəsi üstünlükdür;

- Təcrübəyə dair tələb: mütəxəssis vəzifələrində 4 illik iş təcrübəsi və ya aidiyyəti sahə üzrə rəhbər vəzifələrdə 2 illik iş stajı;

- Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dili arzuolunandır;

- İT biliklərinə dair tələb: Kompüterdən, Excel və Word proqramlarından istifadəçi səviyyəsində biliklər.

Şərtlər:

Tam iş günü, iş qrafiki I-V günlər.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “KOB Dostu (region adı)” yazaraq 25.05.2019 tarixinə qədər hr@smb.gov.az ünvanına göndərmələri xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Powered by Froala Editor