We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
HELF/AZHAB Forum 2026 to Be Held Within the Framework of the IsDB Group Annual Meetings in Baku A meeting with entrepreneurs was held in the Khizi district For the attention of micro and small entrepreneurs wishing to present their products and services at the “Local Companies Promotion Exhibition!” ANNOUNCEMENT WUF13 Hosts Awareness Event for Entrepreneurs The project “Women Entrepreneurs in Successful Partnership” has been completed Growing role of women in business: from state support to sustainable development Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held
Sahibkarların müraciət və təklifləri dinlənildi 09.06.26
Sahibkarların müraciət və təklifləri dinlənildi

Sahibkarların qəbulu zamanı onlara dövlət dəstəyi mexanizmləri və onlardan səmərəli istifadə barədə məlumat verilib.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilmiş vətəndaş qəbulunda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların müraciət və təkliflərini dinləyib.


Qəbul zamanı sahibkarlarla biznesin inkişafına dair müxtəlif məsələləri əhatə edən müraciətləri üzrə fikir mübadiləsi aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb. Bildirilib ki, Agentlik səlahiyyətləri çərçivəsində qəbulda qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlarla birgə tədbirlər görəcək. Qəbulda həmçinin sahibkarlara dövlət dəstəyi mexanizmləri və onlardan səmərəli istifadə qaydaları barədə ətraflı məlumat verilib.


Qeyd edək ki, biznes subyektləri KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı Agentliyin 131 Çağrı Mərkəzinə müraciət edərək ətraflı məlumat ala, www.smb.gov.az internet səhifəsinin “Müraciətlər” bölməsi vasitəsilə müraciət göndərə, həmçinin “Vətəndaşların qəbulu” bölməsi üzərindən Agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.

 

Powered by Froala Editor