We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Biznesə yeni başlayanlar KOBİA-nın xidmətlərindən necə faydalana bilər? 11.03.26
Biznesə yeni başlayanlar KOBİA-nın xidmətlərindən necə faydalana bilər?

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlara biznesin planlaşdırılması, biznesə başla, biznesi işlət və biznesini inkişaf etdir olmaqla 4 mərhələ üzrə dəstək göstərir. Bu mərhələlərin hər biri müxtəlif dəstək və xidmətlərdən ibarətdir. Agentlik biznesə yeni başlayanları öz planlarına uyğun olaraq atmalı olduqları addımlar barədə məlumatlandırır və onları müvafiq qurumlarla əlaqələndirir. Biznesin qeydiyyatı, sahibkarlıq fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, dövlətin dəstək alətləri və digər inzibati məsələlər üzrə məsləhət xidməti göstərir. Növbəti mərhələdə sahibkarların biznes sahəsində bilik və bacarıqlara yiyələnməsi, eləcə də mövcud biliklərini təkmilləşdirməsi üçün onlara ödənişsiz təlimlər təklif edilir. Sahibkarlıq fəaliyyətinə başlamaq üçün vacib olan biznes kreditinin əldə edilməsi məqsədilə KOBİA biznes planın hazırlanmasında da biznes subyektlərinə dəstək olur. Yeni biznesə başlamaq üçün bazar araşdırması vacib olduğu üçün, KOBİA bazar araşdırmalarının aparılmasına 20 min manata qədər maliyyə dəstəyi göstərir.



Powered by Froala Editor