We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
“Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb 22.05.26
“Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb

Xudat şəhəri və ətraf ərazilərdə kənd təsərrüfatı və aqrobiznes fəaliyyəti ilə məşğul olan sahibkarların işi daha da asanlaşacaq.

Sahibkarların dövlət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, regionlarda xidmətlərin əlçatanlığının artırılması və aqrar sahədə fəaliyyət göstərən fermerlərin müraciət prosesinin daha da asanlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi də genişləndirilir. 

“Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində (“Foodcity Aqroparkı”nda) Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb. Məqsəd aqrar sahədə fəaliyyət göstərən sahibkarlara operativ, şəffaf və əlçatan xidmət göstərmək, subsidiya mexanizmləri üzrə müraciət prosesini sürətləndirmək və fermerlərin bu sahədə məlumatlandırılmasını genişləndirməkdir. Xidmət masası tərəfindən kənd təsərrüfatı subsidiyalarına dair müraciətlərin qəbulu, aidiyyəti istiqamətlər üzrə ilkin məlumatlandırma və digər dəstək xidmətləri göstəriləcək.

Bu Xudat şəhəri və ətraf ərazilərdə yaşayan kənd təsərrüfatı və aqrobiznes fəaliyyəti ilə məşğul olan sahibkarların işini asanlaşdıracaq. Belə ki, vətəndaşlar və fermerlər subsidiya xidmətləri ilə bağlı müraciətlərini rayon mərkəzlərinə getmədən birbaşa Xudat şəhərində həyata keçirə biləcəklər. Bu isə regionlarda fəaliyyət göstərən fermer və sahibkarların vaxt itkisini minimuma endirməklə yanaşı, dövlət xidmətlərindən istifadənin daha rahat və çevik şəkildə təşkilinə imkan verəcək.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzi tərəfindən sahibkarlara 18 minə yaxın xidmət göstərilib.

Hazırda KOB evləri Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox “G2B” və 13 özəl təşkilat tərəfindən 160 “B2B” xidmət təqdim olunur.   

 

Powered by Froala Editor