We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Investment opportunities expand: the investment promotion mechanism now covers 17 strategic directions The territories liberated from occupation provide extensive opportunities for investors A blood donation campaign dedicated to Remembrance Day was held Delegation of representatives of the RIYADA organization from Oman visited “Baku SME House” Volunteer blood donation campaign will be held Entrepreneurs can apply to SME Houses to obtain licenses KOBİA representatives participated in an international seminar held in Turkey The next meeting of the permanent Coordination Group operating under KOBİA was held The next professional trainings within the framework of the “Karabakh SMEs 2026” project have been completed The provision of consulting services for entrepreneurs continues
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi başa çatıb 07.03.25
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi başa çatıb

70-dən çox qadın sahibkarın iştirak etdiyi layihə çərçivəsində iştirakçıların inkişafının dəstəklənməsi üçün təlimlər, ofis və istehsalat ziyarətləri, işgüzar görüşlər və digər tədbirlər təşkil edilib.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə ikinci dəfə təşkil olunan "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi başa çatıb.


Müxtəlif sektorları təmsil edən 70-dən çox qadın sahibkarın iştirak etdiyi layihə çərçivəsində təlimlər, ofis və istehsalat ziyarətləri, dövlət qurumlarında görüşlər, master klasslar və digər tədbirlər təşkil olunub. Layihənin məqsədi qadın sahibkarların işgüzar əlaqələrini genişləndirmək, onların biznes biliklərini artırmaq, qadın sahibkarlar arasında əlaqələri genişləndirməkdir.


Layihənin yekunlarına həsr olunmuş tədbirdə layihənin təşkilinə dəstək göstərən təşkilatların nümayəndələri və layihədə iştirak etmiş qadın sahibkarlar qatılıblar. Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov və İCMA-nın İdarə Heyətinin sədri, “Marsol Group”un təsisçisi Tural Mustafayev ölkəmizdə qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, biznesin qurulması və inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, eləcə də layihə çərçivəsində görülən işlər barədə məlumat veriblər. Qeyd olunub ki, layihə qadın sahibkarların bilik və bacarıqlarının artırılması, bizneslərinin daha da genişləndirilməsi və onlar arasında biznes əməkdaşlığının qurulmasında uğurlu platformalardandır. Növbəti illərdə də layihənin davam etdirilməsi nəzərdə tutulur. 


Sonra layihədə iştirak edən qadın sahibkarlara sertifikatlar və hədiyyələr təqdim edilib. 


Qeyd edək ki, “Kapital Bank”, “Esen Tekstil”, “Nur Collection”, “Soel Parfum” və “Sharaf Media” layihənin tərəfdaşları və dəstək göstərənləri sırasındadır. İlk dəfə 2024-cü ildə start verilmiş layihə çərçivəsində ötən il 70-dən çox qadın sahibkarın inkişafını dəstəkləyən tədbirlər həyata keçirilib. 

Powered by Froala Editor