Şuşa şəhərinin və ətraf rayonların sakinlərinin nəzərinə!
19.09.25
Sabah Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək. Saat 10.00-dan etibarən "Güllü bağ" ərazisində təşkil olunacaq yarmarkada Şuşa və ətraf rayonlardan olan sahibkarların məhsulları, sənətkarların əl işləri nümayiş olunacaq və satılacaq.
Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.
"KOB FEST" sərgi-satış yarmarkası sentyabrın 21-dək davam edəcək.
Şuşa şəhərinin və ətraf rayonların sakinlərini, şəhərin qonaqlarını yarmarkaya dəvət edirik!
Powered by Froala Editor