We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Another 10 SME entities will benefit from a tax exemption Domestic market research in 10 areas will be conducted on the initiative of KOBİA For the attention of entrepreneurs operating in Astara and Lankaran cities! Another 10 SME entities have been issued "Startup" Certificates Legal form for entrepreneurial activity A regular meeting with entrepreneurs was organized in Kurdamir District For which services entrepreneurs applied to SME Houses Next reception of citizens held at KOBİA What events will be organized for entrepreneurs in August? “Ganja SME House” provided entrepreneurs with more than 2,000 kinds of services during the first three months of activity
Sumqayıt KOB İnkişaf Mərkəzində təlim keçmiş 20 əlilliyi olan şəxsə biznesə başlamaq üçün sertifikat verilib 13.11.20
Sumqayıt KOB İnkişaf Mərkəzində təlim keçmiş 20 əlilliyi olan şəxsə biznesə başlamaq üçün sertifikat verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfində əlilliyi olan şəxslərin öz bizneslərini qurması və mövcud sahibkarlıq fəaliyyətlərini genişləndirməsi üçün təşkil etdiyi bir aylıq təlim kursu başa çatıb.

Ümumilikdə təlimlərə cəlb olunmuş Sumqayıt və Abşeron iqtisadi rayonundan olan əlil sahibkarlar üçün 1 ay ərzində biznesə başlamaq, vergi və vergi güzəştləri, korporativ hüquq, ünsiyyət bacarıqları, marketinq, satış, sığorta və antikorrupsiya mövzularında təlimlər təşkil olunub. Pandemiya ilə əlaqədar təlimlər qruplar halında və zəruri qaydalara əməl olunmaqla keçirilib.

Yeddi fərqli istiqamət üzrə təlim keçmiş əlil sahibkarlar üçün sonuncu təlim noyabrın 13-də “Antikorrupsiya idarəetmə sistemi beynəlxalq standartının özəl sektorda rolu” mövzusuna həsr olunub. Təlimçi-ekspert Sima Yaqubova tərəfindən iştirakçılara antikorrupsiya və etik davranış qaydaları, korrupsiya hüquqpozmaları və onunla mübarizə metodları barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Təlim proqramını uğurla başa vuran 20 əlilliyi olan şəxsə sertifikatlar verilib. Təqdimat mərasimində çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və özünüməşğulluq baxımından bu təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, Agentliyin nəzdində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində KOB-ların və potensial sahibkarların biznes sahəsində bilik və bacarıqlarının artırılması, onların maarifləndirilməsi istiqamətində təlimlərin, məsləhət xidmətlərinin və s. dəstək tədbirlərinin göstərildiyini qeyd edib. Bildirilib ki, biznesə başlayacaq sahibkarlara müvafiq texnika və avadanlıqların verilməsi üçün onlar Sumqayıt KOBİM tərəfindən özünüməşğulluq proqramı ilə əlaqələndiriləcəkdir.

“Əlil sahibkarlar təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev əlilliyi olan şəxslərin öz biznesini qurması və inkişaf etdirməsi üçün biznesyönümlü təlim və məsləhət xidmətlərinin əhəmiyyətini bildirərək əlil sahibkarlar üçün təlim proqramının təşkilinə görə KOBİA-ya təşəkkür edib, Sumqayıt KOB inkişaf mərkəzi və digər KOBİM-lərlə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Powered by Froala Editor