We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Şəkidə “KOB Dostu” fəaliyyətə başlayıb 30.05.19
Şəkidə “KOB Dostu” fəaliyyətə başlayıb

Şəki şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb. Bununla da artıq Şəki-Zaqatala iqtisadi rayonu üzrə Qəbələ və Şəki şəhərlərində olmaqla KOB dostlarının sayı 2-yə çatıb.

Bununla əlaqədar Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkə başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı, Şəkidə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, “KOB Dostu” mexanizminin sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara böyük dəstək olacağını qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Agentliyin fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib, Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, “KOB Dostu" mexanizminin dövlət-sahibkar əməkdaşlıq platforması əsasında formalaşan önəmli layihələrdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “KOB Dostu” fəaliyyət göstərdiyi şəhər və rayonlarda mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılmasına, yeni KOB subyektlərinin yaradılması və inkişafına, eləcə də KOB-ların hüquqlarının müdafiəsinə dəstək göstərir. Artıq Şəki-Zaqatala iqtisadi rayonunda Qəbələ və Şəkidə olmaqla 2 “KOB Dostu” fəaliyyət göstərir. İqtisadi regionun digər şəhər və rayonlarında da KOB dostlarının təşkili nəzərdə tutulur. Ümumilikdə isə, hazırda ölkənin 13 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir.

Sonra “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və sahibkarlara göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “KOB Dostu” ofisi ilə tanış olublar. Ofisdə sahibkarlara xidmətlərinin göstərilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB Dostu” ilə birgə “KOB könüllüləri” də fəaliyyət göstərəcəkdir.

Powered by Froala Editor