We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
"Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib 24.04.26
"Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib

Tədbirdə yaxşı planlaşdırılmış şəhərlərin investisiya mühitinə, iqtisadi dinamikaya və biznesin gəlirlərinə təsiri barədə ətraflı məlumat verilib.

“Bakı KOB evi”ndə Azərbaycan Şəhərsalma Kampaniyası (AUC2026) çərçivəsində “Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib. 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq tədbirləri çərçivəsində təşkil edilən tədbirin keçirilməsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də dəstək göstərilib. 

Sessiyada müxtəlif sahələrdən olan mütəxəssislər, şəhərsalma üzrə ekspertlər, sahibkarlar və tədqiqatçılar iştirak edərək şəhərsalma qərarlarının biznes mühitinə təsir mexanizmlərini müzakirə ediblər. Tədbirdə yaxşı planlaşdırılmış şəhərlərin investisiya mühitinə, şəhərsalma həllərinin müştəri axınına və biznes gəlirlərinə təsiri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, səmərəli planlaşdırılmış şəhər yalnız fiziki infrastruktur deyil, bu həm də iqtisadi dinamikanı artırır, sahibkarlıq üçün yeni imkanlar yaradır. 

İnteraktiv sessiyanın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Powered by Froala Editor