Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma
17.08.26
Sahibkarlar fəaliyyətə başlamazdan əvvəl biznesin hüquqi formasını seçməlidir. Burada iki əsas seçim var. Birincisi fərdi sahibkar kimi. Bu halda biznes sənin adına olur. Qazanırsan, amma risk də sənindir. Hətta şəxsi əmlakınla belə məsuliyyət daşıyırsan. İkincisi Məhdud Məsuliyyətli Cəmiyyət, yəni qısaca desək MMC. Bu zaman riskin yalnız qoyduğun kapital qədər olur. Yəni şəxsi əmlakın qorunur. Sahibkarlıq fəaliyyətinə başlayarkən ən çox seçilən hüquqi forma da məhz MMC formasıdır. Bununla yanaşı, hüquqi şəxsin digər təşkilati-hüquqi formalarından da istifadə oluna bilər.
Powered by Froala Editor