We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Another 10 SME entities will benefit from a tax exemption Domestic market research in 10 areas will be conducted on the initiative of KOBİA For the attention of entrepreneurs operating in Astara and Lankaran cities! Another 10 SME entities have been issued "Startup" Certificates Legal form for entrepreneurial activity A regular meeting with entrepreneurs was organized in Kurdamir District For which services entrepreneurs applied to SME Houses Next reception of citizens held at KOBİA What events will be organized for entrepreneurs in August? “Ganja SME House” provided entrepreneurs with more than 2,000 kinds of services during the first three months of activity
Sahibkarlığın inkişafına dair dəyirmi masalar keçirilib 04.05.19
Sahibkarlığın inkişafına dair dəyirmi masalar keçirilib

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində 30 aprel - 2 may tarixlərində Bakıda sahibkarlıq bacarıqları, sahibkarlığın tədrisi və qadın sahibkarlığı mövzularında dəyirmi masalar keçirilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilmiş dəyirmi masalarda dövlət və özəl qurumların nümayəndələri, Avropa Treninq Fondunun ekspertləri iştirak ediblər.

Sahibkarlıq bacarıqlarına dair Kiçik və Orta Biznesin İnkişafı Agentliyində, sahibkarlığın tədrisi üzrə Təhsil Nazirliyində, qadın sahibkarlığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində təşkil olunmuş dəyirmi masalarda ölkəmizdə sahibkarların ömür boyu öyrənmək imkanlarına, bu sahədə innovativ tədris və təlim metodlarının tətbiqinə, peşə təhsili sistemində sahibkar düşüncə tərzinin təşviqinə, qadın sahibkarlığın inkişafı mexanizmlərinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, dəyirmi masalar çərçivəsində aparılmış müzakirələrin nəticələri Avropa Komissiyasının “Kiçik Biznes Aktı” üzrə həyata keçiriləcək qiymətləndirilmə zamanı istifadə ediləcəkdir.

Powered by Froala Editor