We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Next reception of citizens held at KOBİA What events will be organized for entrepreneurs in August? “Ganja SME House” provided entrepreneurs with more than 2,000 kinds of services during the first three months of activity Memorandum of Understanding on cooperation signed between KOBİA and the Turkish Trade Center SME cluster companies create new cooperation opportunities for entrepreneurs Business contracts Applications of entrepreneurs have been heard Interest in the "SME Volunteers" Programme continues to increase Training events are being conducted within the framework of the Business Partnership Programme 35 "Startup" Certificates have been issued during the elapsed period of the current year
Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub 11.08.26
Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub

Görüşdə rayonda sahibkarlığın inkişaf imkanları müzakirə olunub, biznes subyektlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb.

Kürdəmir rayonunda Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən görüşdə kənd təsərrüfatı, balıqçılıq, arıçılıq, heyvandarlıqvə s. sahələrdə fəaliyyət göstərən 110-a yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

Görüşdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elşən Həsənli və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlıq fəaliyyəti, mövcud biznes imkanlarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmləri və təşviq alətləri barədə məlumat veriblər. Bildirilib ki, ölkənin iqtisadi potensialının reallaşdırılması üçün dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir və sahibkarlara yeni dəstək alətləri təqdim olunur. Sahibkarlar bu dəstək mexanizmlərindən yararlanmaqla Mərkəzi Aran iqtisadi rayonunun, o cümlədən Kürdəmir rayonunun kənd təsərrüfatı və emal sənayesi üzrə imkanlarını yeni biznes təşəbbüslərinə çevirə, mövcud sahibkarlıq fəaliyyətlərini genişləndirə bilərlər. Tədbir zamanı sahibkarlar ölkədə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa və yeni biznes təşəbbüsləri irəli sürməyə dəvət ediliblər.

Görüşdə sahibkarlarla yeni suvarma sistemlərinin tətbiqi və arıçılıq üçün güzəştli kreditin alınmasına dəstək, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib, sualları cavablandırılıb.

KOBİA nümayəndələri həmçinin Kürdəmirdə intensiv bağçılıq təsərrüfatında olub, sahibkarla yerli biznesin inkişafı və gələcək planlarına dair fikir mübadiləsi aparıblar. 

 

Powered by Froala Editor