We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Another 10 SME entities will benefit from a tax exemption Domestic market research in 10 areas will be conducted on the initiative of KOBİA For the attention of entrepreneurs operating in Astara and Lankaran cities! Another 10 SME entities have been issued "Startup" Certificates Legal form for entrepreneurial activity A regular meeting with entrepreneurs was organized in Kurdamir District For which services entrepreneurs applied to SME Houses Next reception of citizens held at KOBİA What events will be organized for entrepreneurs in August? “Ganja SME House” provided entrepreneurs with more than 2,000 kinds of services during the first three months of activity
Sahibkarlar üçün “Sahibkar vaxtı” başlayır 07.05.19
Sahibkarlar üçün “Sahibkar vaxtı” başlayır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Beynəlxalq Bankı və “ASAN radio”nun tərəfdaşlığı ilə sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verilib. Birgə layihə çərçivəsində hər həftə “ASAN radio”da canlı olaraq “Sahibkar vaxtı” proqramı efirə gedəcək.

“Sahibkar vaxtı” verilişini hər həftənin çərşənbə axşamı, saat 19.05-də “ASAN radio”nun efirində dinləmək, eləcə də tərəfdaş qurumların Facebook-dakı korporativ səhifələrində canlı izləmək olar.

Verilişdə sahibkarlıq fəaliyyətinə aid konkret sahələr üzrə peşəkar mütəxəssislər qonaq qismində iştirak edəcəklər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran suallara cavab tapa biləcəklər. Məqsəd cəmiyyətimizdə biznes savadlılığının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi, onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır.

“Sahibkar vaxtı” verilişini iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin mətbuat katibi Vüsalə Quliyeva qeyd edib ki, sahibkarların məlumatlandırılması baxımdan maarifləndirici verilişlər əhəmiyyətlidir: “Sahibkarlarla mütəmadi ünsiyyətimiz zamanı onların biznes fəaliyyətinin ayrı-ayrı mərhələləri üzrə müəyyən suallarının olduğunu görürük. Biznesin qurulması və inkişafı, bu sahədəki yeniliklər və dəstək mexanizmləri barədə sahibkarların məlumatlandırılması üçün “Sahibkar vaxtı” verilişi maraqlı və faydalı bir platforma olacaqdır”.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinindirektoru Ülvi Qasımov bildirib: “Kiçik və ortabiznesə dəstək layihələrimiz uğurla davam etdirilir. Getdikcə daha çox sahibkar Azərbaycan Beynəlxalq Bankının yaratdığı sərfəli kreditləşmə imkanlarından yararlanır. Tərəfdaşlıq etdiyimiz qurumlarla bu sektorun inkişafına maarifləndirici layihələrimizlə də dəstək olmağa çalışırıq. Ümid edirik ki, “Sahibkar vaxtı” verilişi niyyətimizi doğruldacaq, sahibkarlarımızın işinə kömək göstərəcək”.

Verilişin aparıcısı Əli Əhmədov isə auditoriyanın bu cür verilişlərə marağının getdikcə artdığını bildirib: “Biznes mühiti inkişaf etdikcə, cəmiyyətimizdə iqtisadi savadlılıq səviyyəsi yüksəldikcə insanlar vaxtlarını belə gərəkli verilişlərə sərf etmək istəyirlər. Biz də maksimum çalışacağıq ki, dinləyicilərimizin “Sahibkar vaxtı”na ayırdıqları zaman müqabilində onlara faydalı nələrsə verək”.

Powered by Froala Editor