We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Another 10 SME entities will benefit from a tax exemption Domestic market research in 10 areas will be conducted on the initiative of KOBİA For the attention of entrepreneurs operating in Astara and Lankaran cities! Another 10 SME entities have been issued "Startup" Certificates Legal form for entrepreneurial activity A regular meeting with entrepreneurs was organized in Kurdamir District For which services entrepreneurs applied to SME Houses Next reception of citizens held at KOBİA What events will be organized for entrepreneurs in August? “Ganja SME House” provided entrepreneurs with more than 2,000 kinds of services during the first three months of activity
Sahibkarlar üçün məsləhət xidmətləri davam edir 08.09.26
Sahibkarlar üçün məsləhət xidmətləri davam edir

Bakı şəhəri, eləcə də ətraf şəhər və rayonlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan və biznes ideyasını reallaşdırmaq istəyən şəxslər müxtəlif istiqamətlər üzrə məsləhət xidmətlərindən yararlana bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Bakı KOB İnkişaf Mərkəzi (Bakı KOBİM) tərəfindən göstərilən məsləhət xidmətləri sahibkarların bilik və bacarıqlarının artırılmasına, biznes proseslərinin daha səmərəli təşkilinə, düzgün biznes qərarlarının qəbul edilməsinə və inkişaf imkanlarının genişləndirilməsinə dəstək məqsədi daşıyır. 

-Məsləhət xidmətləri əsasən aşağıdakı istiqamətlər üzrə göstərilir:

-biznesin planlaşdırılması və idarə olunması;

-biznes planlarının hazırlanması;

-fərdi biznes məsləhətləri və biznes diaqnostikası;

-marketinq və satış strategiyalarının hazırlanması;

-insan resurslarının idarə edilməsi;

-startaplara hüquqi və sənədləşmə məsələləri üzrə dəstək;

-korporativ idarəetmə və daxili prosedurlar üzrə metodoloji dəstək;

-əməyin mühafizəsi və iş təhlükəsizliyi;

-maliyyə resurslarına çıxış və dövlət dəstək proqramlarına müraciət üzrə mentorluq;

-qadın sahibkarlar üçün brend inkişafı üzrə dəstək;

-təqdimat və kommunikasiya bacarıqlarının inkişafı və s. 

Məsləhət xidmətləri sahibkarların və biznesə başlamaq istəyən şəxslərin Bakı KOBİM-ə müraciəti əsasında onlayn və oflayn formatlarda göstərilir və ödənişsizdir.

Sahibkarlıq fəaliyyətinə başlamaq və ya mövcud biznesini inkişaf etdirmək istəyən şəxslər baki.kobim.az saytı vasitəsilə elektron müraciət edə və ya (+994 55) 505 20 09 nömrəsi ilə əlaqə saxlayaraq məsləhət xidmətlərindən yararlana bilərlər. 

Ünvan: Bakı KOBİM (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”nin 2-ci mərtəbəsi).

Powered by Froala Editor