We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Investment opportunities expand: the investment promotion mechanism now covers 17 strategic directions The territories liberated from occupation provide extensive opportunities for investors A blood donation campaign dedicated to Remembrance Day was held Delegation of representatives of the RIYADA organization from Oman visited “Baku SME House” Volunteer blood donation campaign will be held Entrepreneurs can apply to SME Houses to obtain licenses KOBİA representatives participated in an international seminar held in Turkey The next meeting of the permanent Coordination Group operating under KOBİA was held The next professional trainings within the framework of the “Karabakh SMEs 2026” project have been completed The provision of consulting services for entrepreneurs continues
Regional forumda KOB dostlarının göstərdiyi xidmətlər sahibkarların diqqətinə çatdırılıb 10.04.19
Regional forumda KOB dostlarının göstərdiyi xidmətlər sahibkarların diqqətinə çatdırılıb

Ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostları (KOB Dostu) şəbəkəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mühüm strateji layihələrindəndir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir. Hazırda Agentliyin ölkənin 11 rayonunda KOB dostları fəaliyyət göstərir. KOB dostları həmin rayon və şəhərlərlə yanaşı, ətraf rayonlardan olan sahibkarlara da xidmət edir. Ümumilikdə, 10 iqtisadi rayon üzrə 60 "KOB Dostu” şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilmiş “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda 3-cü regional forumdakı çıxışında KOBİA-nın Gəncə şəhəri üzrə “KOB Dostu” Anar Əliyev məlumat verib.

Tədbirdə müxtəlif rayonların icra hakimiyyətləri başçıları, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Forumda “KOB Dostu” konsepsiyası, KOB dostlarının sahibkarlara göstərdiyi xidmətlər, ölkənin müxtəlif regionlarında fəaliyyətə başlayacaq KOB dostları barədə məlumat verən Anar Əliyev qeyd edib ki, KOB dostları fəaliyyət göstərdiyi regionlarda mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, Agentlik tərəfindən "KOB Dostu” şəbəkəsi ilə yanaşı, sahibkarlara xidmətləri vahid məkanda təqdim edəcək "KOB evləri” də yaradılacaq. Hazırda ilk “KOB Evi”nin Bakı şəhərində yaradılması istiqamətində işlər aparılır. KOB evlərinin və Agentliyin digər dəstək mexanizmlərinin işə düşməsi ilə KOB-lara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndiriləcəkdir.

Powered by Froala Editor