We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Another 10 SME entities will benefit from a tax exemption Domestic market research in 10 areas will be conducted on the initiative of KOBİA For the attention of entrepreneurs operating in Astara and Lankaran cities! Another 10 SME entities have been issued "Startup" Certificates Legal form for entrepreneurial activity A regular meeting with entrepreneurs was organized in Kurdamir District For which services entrepreneurs applied to SME Houses Next reception of citizens held at KOBİA What events will be organized for entrepreneurs in August? “Ganja SME House” provided entrepreneurs with more than 2,000 kinds of services during the first three months of activity
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb 10.09.26
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri  başa çatıb

Təlimi bitirən 55 nəfər özünüməşğulluq proqramına cəlb olunacaq.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC-nin və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə “Qarabağ KOB-ları” layihəsi çərçivəsində növbəti peşə təlimləri uğurla başa çatıb.

Bakı və Gəncə şəhərləri, Abşeron, Şəmkir və Füzuli rayonlarından bu təlimlərə cəlb edilən şəhid ailələrinin üzvlərindən, müharibə veteranları və ya onların ailə üzvlərindən ibarət 55 nəfərə təlimləri uğurla tamamladıqlarına dair sertifikatlar təqdim olunub.

Növbəti mərhələdə iştirakçılar Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunacaq. Onların təqdim etdikləri biznes planlarına uyğun olaraq müvafiq avadanlıqlarla təmin edilmələri, kiçik və orta biznes subyektlərinin yaradılması nəzərdə tutulur. 

Dörd ildir ki, fəaliyyət göstərən “Qarabağ KOB-ları” layihəsinin məqsədi şəhid ailələrinin üzvləri, müharibə veteranları və ya onların ailə üzvlərinin sahibkarlıq bacarıqlarının inkişafına, maddi və sosial rifahının yaxşılaşdırılmasına, yaşadıqları ərazilərdə yeni bizneslərinin və iş yerlərinin yaradılmasına dəstək göstərməkdir. Həmçinin, layihə işğaldan azad edilmiş ərazilərdə və ətraf rayonlarda müxtəlif xidmət və peşə sahələri üzrə yerli kadr potensialının güclənməsinə, sakinlərin məşğulluğunun artırılmasına da öz töhfəsini verir.

Powered by Froala Editor