We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Investment opportunities expand: the investment promotion mechanism now covers 17 strategic directions The territories liberated from occupation provide extensive opportunities for investors A blood donation campaign dedicated to Remembrance Day was held Delegation of representatives of the RIYADA organization from Oman visited “Baku SME House” Volunteer blood donation campaign will be held Entrepreneurs can apply to SME Houses to obtain licenses KOBİA representatives participated in an international seminar held in Turkey The next meeting of the permanent Coordination Group operating under KOBİA was held The next professional trainings within the framework of the “Karabakh SMEs 2026” project have been completed The provision of consulting services for entrepreneurs continues
“Postpandemiya dövründə vergi sistemi” mövzusunda videokonfrans keçirilib 12.02.21
“Postpandemiya dövründə vergi sistemi” mövzusunda videokonfrans keçirilib

Fevralın 12-də vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş  “Postpandemiya dövründə vergi sistemi” mövzusunda videokonfrans keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının, Milli Məclisin deputatları, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər, iş adamları iştirak ediblər.

Konfransda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində böyük Zəfəri vurğulanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib, 2020-ci ildə ölkə iqtisadiyyatında müşahidə olunmuş trendlər, pandemiyanın təsirlərinin minimallaşdırılması və sahibkarlığın dəstəklənməsi üzrə görülmüş işlər, yeni çağırışlara uyğun həyata keçirilən iqtisadi siyasət barədə məlumat verib. Çıxışda dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizin iqtisadi inkişaf hədəflərı, iqtisadi siyasətin əsas istiqamətləri və aparılacaq islahatlar, qanunvericilik və inzibatçılıq sahəsində dəyişikliklər, şəffaflıq istiqamətində təşəbbüslər, vergi siyasətinin yeni istiqamətləri və sahibkarlarla iş prinsipləri diqqətə çatdırılıb.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 2020-ci ildə iqtisadiyyata, həmçinin sahibkarlıq subyektlərinə genişmiqyaslı dövlət dəstəyi göstərilib. Bu tədbirlərə pandemiyanın zərərlərini azaltmaq, iş yerlərini qorumaq üçün maliyyə dəstəyinin göstərilməsi, müddətli vergi güzəştləri və tətillərinin tətbiq edilməsi, güzəştli kreditlərin verilməsi və digər mexanizmlər daxildir. Qeyd olunub ki, ötən il ərzində sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib, 115 milyon manat həcmində vergi güzəştləri paketi təqdim edilib, 169 milyon manat həcmində dövlət zəmanətli kreditlər ayrılıb, mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul olunub.

İqtisadiyyat naziri pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, biznesin aktiv fəaliyyətə qaytarılmasının hazırda qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edib. Bu məqsədlə 2021-2025-ci illər üçün ciddi və dərin institusional islahatların həyata keçirilməsini tələb edən vəzifələr müəyyənləşdirilib. Torpaqlarımızın işğaldan azad edilməsi Qarabağ bölgəsinin dirçəlişi kimi mühüm məsələni gündəmə gətirib, iqtisadi inkişaf planlarına yenidən baxılması zərurətini yaradıb. Bu tarixi qələbə ölkəmizin inkişafında yeni səhifə açır. İşğaldan azad olunmuş ərazilərin iqtisadiyyata reinteqrasiyası və bölgənin iqtisadi imkanlarının reallaşdırılması Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsində böyük amil olacaq.

Konfransda Dövlət Vergi Xidmətinin rəis müavini, xidmət rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli “Pandemiya və postpandemiya dövründə Dövlət Vergi Xidmətinin fəaliyyəti” mövzusunda təqdimatla çıxıb edib və vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə danışıb.

Sonra Türkiyə Gəlirlər İdarəsinin başkanı Bekir Bayrakdar “COVİD-19 və vergi inzibatçılığı: Türkiyə vergi orqanlarının təcrübəsi”, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Postpandemiya dövründə vergi qanunvericiliyi qarşısında yaranan çağırışlar”, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Pandemiya ilə əlaqədar kiçik və orta sahibkarlığa dövlət dəstəyi”, Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov “Cari və növbəti illərdə vergi siyasəti çərçivəsində qanunvericilikdə həyata keçiriləcək tədbirlər barədə”, Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari “Qida sektorunun pandemiya və yeni normal dövrü”, UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyev “Pandemiyanın vergidən yayınmaya təsiri”, “Auto Azerbaijan” şirkətinin direktoru Emil İsmayılov “Azərbaycanda pandemiyanın təsiri”, "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC-nin baş direktoru Cabir Cümşüdov “Karantin dövründə İnformasiya Texnologiyaları sahəsində biznesin ehtiyacları” mövzusunda çıxış ediblər.

Natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndirib, əsas prioritetlərin reallaşdırılması prosesində aparılacaq islahatlara dair təkliflərini səsləndiriblər.

Konfransda müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb.

Powered by Froala Editor