We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
27 June – International Day of Micro-, Small and Medium-sized Enterprises: SMEs Changing the World A reception of entrepreneurs will be held in Balakan Businessmen of the Nigde (Niğde) Region of Türkiye Visited the Baku SME House Investment Portal: A Support Tool Bringing Together Entrepreneurs and Investors on One Platform Azerbaijan Pavilion Featured at IsDB’s 14th Private Sector Forum Exhibition Winners of the Startup Competition Held Within the Framework of the Islamic Development Bank Group Annual Meetings Announced Support for Expanding Sales Opportunities of SMEs The “7th Local Companies Promotion Exhibition” is being held HELF and AZHAB Forums Held in Baku During the 51st Annual Meetings of the Islamic Development Bank Group Startup Competition Launched Within the Framework of the IsDB Annual Meetings
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub 27.02.20
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair ictimai müzakirə təşkil edilib.

Fevralın 27-də Yarat Müasir İncəsənət Mərkəzində Mədəniyyət Nazirliyinin və KOBİA-nın dəstəyi, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilmiş “Mədəniyyət və incəsənət sahələri biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forumda müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı və mədəniyyət sənayesi ilə bağlı fikirlərini bölüşüb, nazirlik tərəfindən bu sahədə görülmüş işləri, o cümlədən kreativ sənaye ile bağlı forumun keçirilməsi, www.creative.az internet səhifəsinin və müxtəlif assosiasiyaların yaradılması, yaradıcı şəxslər arasında müsabiqələrin təşkili barədə məlumat verib, bu sahənin inkişafı istiqamətində tədbirlərin davam edəcəyini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma olduğunu, müvafiq sektorun ölkə iqtisadiyyatında dəyər yaratma potensialının geniş olduğunu bildirib. Qeyd olunub ki, qabaqcıl dünya ölkələrində yaradıcı və mədəniyyət sənayelərinin ÜDM-də payı 5%-dən çoxdur, məşğulluqda da payı kifayət qədərdir. Azərbaycanda isə belə göstəricilər haqqında danışmaq hələ tezdir. Sahibkarları dəstəkləyən, onların maraqlarından çıxış edən KOBİA yaradıcı və mədəniyyət sənayesi sahəsində biznesin inkişafına dair ənənəvi sahələr üzrə dövlət və özəl sektorun təmsil olunduğu İşçi Qrupunun yaradılmasını, yaradıcı və mədəniyyət sənayesi sahəsində çalışan KOB-ların dövlət dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirilməsini, bu sahədə biznes assosiasiyanın, yeni təşkilati modellərin, o cümlədən Yaradıcı və Mədəniyyət Sənayeləri üzrə Startap Biznes Mərkəzlərinin, klasterlərin yaradılmasını və bunun təşviq edilməsini təklif edir.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlər keçirildiyini bildirib.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov isə forumda sahibkarlar tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınaraq aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.

Forum çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış www.creative.az saytına dair təqdimat keçirilib, KOBİA-nın fəaliyyətinə və daxili bazar araşdırmalarına dair video çarxlar nümayiş olunub.

Powered by Froala Editor