We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib 04.06.26
KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib

SARIO və Slovakiya Ticarət və Sənaye Palatası ilə görüşlərdə biznes əlaqələrinin inkişafı və KOB-lar arasında əməkdaşlıq imkanları müzakirə edilib. 

Azərbaycan və Slovakiya arasında sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes qurumları arasında əlaqələrin möhkəmləndirilməsi və KOB-lar üçün yeni tərəfdaşlıq imkanlarının araşdırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) heyəti Slovakiyada görüşlər keçirib.

Səfər çərçivəsində Bratislava şəhərində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin (SARIO) baş icraçı direktoru Egon Zorad ilə görüşüb. Görüşdə iki ölkə arasında biznes və ticarət əlaqələrinin inkişafı, investisiyaların təşviqi, eləcə də Azərbaycan və Slovakiyanın KOB subyektləri arasında işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Slovakiya Ticarət və Sənaye Palatasının prezidenti Peter Mihok ilə keçirilən görüşdə sahibkarlığın dəstəklənməsi sahəsində təcrübə mübadiləsi aparılıb. Tərəflər KOB-lar və startaplar arasında əməkdaşlığın təşviqi, biznes əlaqələrinin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

 

Powered by Froala Editor