We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
KOB subyektlərinin nəzərinə! 15.02.21
KOB subyektlərinin nəzərinə!

Fevralın 17-də, saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə dair məlumatlandırıcı vebinar keçiriləcək.


Tədbirin təşkilində məqsəd fevralın 17-də start veriləcək müsabiqənin şərtləri, lazım olan sənədlər, layihənin qiymətləndirilməsi prosesi, dəstək məbləği barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.


KOB subyektləri aşağıda qeyd olunan linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər: 

https://us02web.zoom.us/j/81428696454?pwd=WWh0K2RDeFBwbDkvZlBvUjVZY3U0QT09

İD: 814 2869 6454

KOD: 288753

 

Məlumat üçün bildirək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi prosesinə start verilir. Bu məqsədlə fevralın 17-dən etibarən KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənədlərin qəbuluna başlanılır. Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarına uyğun olaraq müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır. Müsbiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə formasını və lazım olan digər sənədləri 17 mart 2021-ci il tarixinədək Agentliyə elektron formada və ya birbaşa təqdim edə bilərlər (ətraflı məlumat üçün - http://bit.ly/3aqTfmc). Müsabiqənin nəticələri barədə məlumat 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcəkdir. 

Powered by Froala Editor