We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sırası genişlənir 02.04.26
“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sırası genişlənir

KOB-ların iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakının təmin olunması, yaşıl biznes təşəbbüslərini təşviq etmək və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən irəli sürülmüş “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə qoşulan ölkələrin və təşkilatların sayı artmaqda davam edir. Bu günə kimi bəyənnaməyə ümumilikdə 10 ölkə, 27 yerli və beynəlxalq təşkilat qoşulub. Bəyannaməyə dair ətraflı məlumat www.greensme.org saytda yerləşdirilib. İstənilən ölkədə sahibkarlıq və biznes sahəsində fəaliyyət göstərən dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar, eləcə də biznes subyektləri Bəyannaməyə qoşula bilərlər. 

Həmçinin, 2025-ci ildə bəyannamə barədə xarici ölkələrin, yerli və beynəlxalq təşkilatların maarifləndirilməsi üçün 10-a yaxın tədbir təşkil olunub. Belə ki, iyulda Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri üçün, avqustda Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası (SACCI) və İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) üçün bəyannaməyə dair təqdimatlar keçirilib. Həmçinin, ötən ilin martında Nyu-Yorkda BMT-nin Qadınların Statusuna dair 69-cu Komissiyası çərçivəsində “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Qadınların rolunun artırılması”, oktyabrda Bakıda keçirilmiş Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum) çərçivəsində “Qlobal yaşıl keçiddə KOB-ların rolunun artırılması: KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Bəyannaməsi”, noyabrda Belem şəhərində COP30 çərçivəsində “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Belem statusu” mövzusunda panel müzakirələr və s. təşkil olunub. Eyni zamanda 2025-ci ilin iyununda Bakıda keçirilmiş 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil and Gas”) KOBİA-nın stendi KOB-ların yaşıl iqtisadiyyata keçidinə və bəyannamənin təşviqinə həsr olunub.

Qeyd edək ki, “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülmüş beynəlxalq təşəbbüsdür. Bu sənəd KOB-lar üçün ilk dəfə olaraq qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və mövcud çətinliklərin aradan qaldırılması məqsədilə sahibkarların bilik və bacarıqlarının artırılması üçün təlim və seminarların təşkili, ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması nəzərdə tutulur. 

Powered by Froala Editor